Reklam
Vakıf Katılım
Tarih : 2020-03-15 13:28:00

Avstriya hökuməti koronavirusla əlaqədar növbəti tədbirlər paketini açıqlayıb

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Avstriya hökuməti növbəti tədbirlər paketini bəyan edib.

Hibya xəbər verir ki, hökumət bütün idman və əyləncə mərkəzlərinin, eləcə də restoran və kafelərin bağlanması barədə qərar qəbul edib. Eyni zamanda, alternativ hərbi xidmətdə olan şəxslərin xidmət müddəti uzadılıb və son beş ildə xidmətdə olan şəxslər səfərbər edilib.

Səyahət məhdudiyyətləri tətbiq olunan ölkələrin sayı da artırılıb. Böyük Britaniya, Niderland Krallığı, Ukrayna və Rusiyadan Avstriyaya giriş qadağan olunub. Eyni zamanda, ölkədə karantin tətbiq olunan regionların siyahısına Karintiya federal əyalətinin Hayliqenblut xizək regionu da əlavə edilib.

Hökumət, həmçinin kiçik və orta müəssisələri koronavirus böhranının fəsadlarından qorumaq üçün dörd milyard avro həcmində vəsait ayırıb.

Qeyd edək ki, Avstriyada koronavirusa yoluxanların sayı 800 nəfərə çatıb, virusla səbəbindən bir nəfər həyatını itirib, altı nəfər isə bu xəstəlikdən sağalıb.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 soundhaber.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.